Keir Starmer İtaliyanın Baş naziri ilə miqrant məsələsini müzakirə edəcək

Böyük Britaniyanın Baş naziri Keir Starmer İtaliyaya səfəri çərçivəsində sentyabrın 16-da Baş nazir Ciorcia Meloni ilə görüşəcək. SİA xəbər verir ki, görüşün əsas mövzusu qeyri-qanuni miqrasiya olacaq. Keir Starmer İtaliyanın qeyri-qanuni miqrasiya ilə mübarizədə Albaniya ilə əməkdaşlıq təcrübəsi ilə maraqlandığını bildirib. O, İtaliya ilə Albaniya arasında bağlanan razılaşmaya bənzər bir müqavilənin Britaniya tərəfindən də bağlanması imkanları haqqında düşündüyünü deyib.

Qeyd edək ki, Keir Starmer və Ciorcia Meloni bundan əvvəl Vaşinqtondakı NATO sammitində və İngiltərədə Blenheim sarayında keçirilən “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısında görüşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə