Paşinyan Tbilisiyə səfər edəcək...

Sentyabrın 16-da Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edəcək.

SİA xəbər verir ki, bu barədə Gürcüstan Hökumət administrasiyasından məlumat verilib.

Bildirilib ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze erməni həmkarını qəbul edəcək.

Üzbəüz və geniş tərkibdə görüşlər keçiriləcək, bundan sonra İrakli Kobaxidze və Nikol Paşinyan mediaya birgə bəyanatlarla çıxış edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə