"Bu, Moskva ilə birbaşa müharibəyə səbəb olmayacaq..."

Borrell: Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya zərbə endirməsinə icazə verməmək Avropa İttifaqının dəstəyinə inamı sarsıdır

Avropa diplomatiyasının rəhbəri Josep Borrell öz bloqunda yazır ki, bir sıra ölkələrin Kiyevə Avropa silahları ilə Rusiya ərazisinin dərinliklərində zərbələr endirməkdən imtina etməsi Avropa İttifaqının dəstəyinə inamı sarsıdır.

Onun sözlərinə görə, Avropa İttifaqı üzvləri Kiyevə özünü müdafiə etmək üçün hər şeyi etməyə öhdəlik götürüblər və bu, hücuma effektiv cavab vermək eləcə də təhlükə mənbəyinə zərbə vurmaqdan ibarətdir - “yalnız oxlarla deyil, oxatanlarla vurmaq”…

…Bəzi üzv dövlətlər mənim bu mövqeyimlə razılaşıb, digərləri isə bu məsələni ayrı-ayrı ölkələrin ixtiyarına buraxıb, ona görə də Avropa İttifaqının bu məsələdə vahid mövqeyi yoxdur.

Bunu bildirən diplomat vurğulayıb ki, indi birləşmə siyasəti Ukrayna vətəndaşlarının həyatı baxımından baha başa gəlir və Avropanın Ukraynanı dəstəkləmək əzminə inamı sarsıdır.

Yeri gəlmişkən, avqustun sonunda Avropa İttifaqı xarici işlər nazirlərinin Brüsseldəki qeyri-rəsmi görüşündən sonra Borrell bildirib ki, Qərb Rusiyaya qarşı xarici silahların istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırarsa, bu, Moskva ilə birbaşa müharibəyə səbəb olmayacaq.

O, Avropa İttifaqı ölkələrindən Ukraynanın “mövqeyinə girməyi” və onun hücum imkanlarını Rusiya ilə bərabərləşdirməyi xahiş edib.

Bunun fonunda Latviya, Polşa, Fransa, İsveç və Hollandiya Ukrayna Silahlı Qüvvələrinə qoyulan məhdudiyyətlərin tamamilə aradan qaldırılmasının tərəfdarı olduqlarını bildiriblər, Macarıstan və Slovakiya da daxil olmaqla, bir sıra ölkələr buna qarşı çıxıblar.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə