Rusiyalı general, gəlin, Kamçatkada "nüvə bombası partladağın” deyir…

…Rusiyalı general Sergey Lipovoy Uzaq Şərqdə nüvə silahını sınaqdan keçirmək üçün yer tapıb. İddialara görə, çox güman ki, bu Kamçatka ola bilər.

SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə News.ru-ya müsahibəsində bildirib.

Xatırladaq ki, bundan əvvəl Dövlət Dumasının “Vahid Rusiya”dan olan deputatı Andrey Kolesnik Rusiya ərazisində nüvə bombasının partladılmasını təklif etmişdi.

Necə deyərlər, elə-belə, yəni başqalarına “xox” gəlmək üçün…

Bundan əlavə Kolesnik Rusiya ərazisində nüvə bombasının partladılmasını bir çox xarici siyasətçilərin nüvə silahının yaratdığı təhlükəni unutmağa başlaması ilə əsaslandırmişdi.

Onun dediyinə görə, Rusiya bu təhlükəni dünyaya xatırlatmalıdır ki… (…guya onlarda bu bombadan yoxdur?-A.B.)

…Rusiyanın ərazisi nəhəngdir, bizdə sovet dövründən bəri istifadə olunan kifayət qədər sınaq meydançaları var: Şimal, Uzaq Şərq, Kamçatka. Məsələn, vaxtilə Novaya Zemlyadakı poliqonda nüvə silahını sınaqdan keçiriblər. Nümayiş testlərinin harada keçirilməsi ilə bağlı heç bir coğrafi problem yoxdur. Siyasi sual budur ki, bunu indi etmək lazımdırmı?

Bunu Lipovoy bildirib.

O, həmçinin hesab edir ki, Birləşmiş Ştatlar Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün uzaqmənzilli raketlərdən istifadə etməyə icazə verərsə, o zaman Rusiya ordusu Ukrayna ərazisinə deyil, Polşa, Bolqarıstan və

Rumıniyadakı hərbi hədəflərə cavab zərbələri endirməli olacaq.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə