Yol polisi əməkdaşı avtomobillə 3 uşağı vurub

Moskva yaxınlığındakı Mixnevo kəndində yol polisi əməkdaşı avtomobili ilə 3 uşağı vurub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsi öz Telegram kanalında bildirib.

Şöbədən aydınlaşdırdıqlarına görə, beş, altı və yeddi yaşlı uşaqlar yolu səhv yerdən keçməyə cəhd ediblər. Onların yanında böyüklər olmayıb.

…Xəsarət alan piyadalar tibb müəssisəsinə çatdırılıb.

Məlumatda belə deyilir.

27 yaşlı sürücünün ayıq olduğu dəqiqləşir. İndi hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin bütün hallarını müəyyən etməyə çalışırlar.

Azyaşlıların vəziyyəti ilə bağlı hələlik heç nə məlum deyil.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə