“Boris” Şərqi və Mərkəzi Avropada can alır..?

…Şərqi və Mərkəzi Avropada ən azı altı nəfər “Boris” qasırğasının qurbanı olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rumıniyanın “Libertatia” qəzeti yazıb.

Xilasedicilərin statistikasına istinad edən nəşrin məlumatına görə, təbii fəlakət nəticəsində Rumıniyada 4, Polşada 1, Avstriyada isə 1 nəfər həlak olub.

Daha bir nəfər itkin düşənlər siyahısındadır.

Bundan əlavə, fırtınanın beş mindən çox şəxsi yaşayış evini tamamilə məhv etdiyi və ya zədələdiyi iddia edilir.

Rayonun bəzi çaylarında suyun səviyyəsi iki dəfədən çox artıb ki, bu da onlarla yaşayış məntəqəsini daşqın təhlükəsi ilə üz-üzə qoyur.

Bundan əvvəl Çinin Haynan əyaləti Yaqi super qasırğası ilə üzləşib. Fəlakətin şiddətinə görə 420 min sakin təxliyə edilməli olub, bəzi ərazilərdə küləyin sürəti saatda 245 kilometrə çatıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə