Ukraynalıların “qeyri-rəsmi” ordusu var..?

Ukraynada minlərlə hərbçidən ibarət “qeyri-rəsmi” ordu var. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukraynanın “Strana.ua” nəşri yazıb.

...Ukrayna Silahlı Qüvvələrində ciddi kadr çatışmazlığı fonunda, ölkədə görünən minlərlə hərbçi var, lakin onlar “orada deyillər”...

Nəşrin yazdığına görə, bu hərbçilər öz bölmələrinin rəsmi şəxsi siyahılarında yer almırlar, nəticədə onlar rəsmi maaş da almırlar.

Buna baxmayaraq, hər ay onlara Rusiya valyutası ilə təxminən min rubl məbləğində pul ödənilir.

Deyilənlərə görə, Ukrayna Silahlı Qüvvələrinin sıralarından xaric edilmədikləri üçün həmin vətəndaşlar başqa işə düzəlmək imkanından məhrumdurlar.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə