SBU-nun keçmiş rəhbərinin oğlu rus senatoru oldu

…Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Ali Radanın keçmiş deputatı Andrey Derkaçı Federasiya Şurasına senator təyin edib.

SİA-nın əldə etdiyi məlumata görə, müvafiq qərar rəsmi hüquqi informasiya portalında dərc olunub.

1998-2023-cü illərdə Ukraynada deputat mandatı olan Derkaç xüsusi hərbi əməliyyat başlayandan sonra Rusiya vətəndaşlığını qəbul edib.

Açıq mənbələrə görə, 2014-cü ildə o, Avromaydan etirazlarını dəstəkləyib.

Onun atası Leonid Derkaç əvvəllər Ukrayna Təhlükəsizlik Xidmətinə (SBU) rəhbərlik edib.

Bundan əvvəl Andriy Derkaç demişdi ki, onun sərəncamında “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərinin bombalanmasında ört-basdır olmuş ukraynalıların demək olar ki, bütün qrupunun adları var.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə