Tusk Polşada təbii fəlakət vəziyyəti elan etməyi planlaşdırır

Polşanın baş naziri Donald Tusk genişmiqyaslı daşqınlar səbəbindən ölkədə təbii fəlakət vəziyyəti elan etməyi planlaşdırdığını açıqlayıb.

Polşanın mövcud qaydalarına uyğun olaraq təbii fəlakət vəziyyəti qismən və ya ölkə daxilində tətbiq edilə bilər. …Müvafiq nazirlər və xidmətlərlə məsləhətləşmələrdən sonra mən Nazirlər Şurasının təbii fəlakət vəziyyətinin tətbiqi ilə bağlı qərarının hazırlanmasını əmr etdim.

SİA-nın əldə etdiyi məlumata görə, Donald Tusk bunu X (Twitter) sosial şəbəkəsində bildirib.

Fəlakət vəziyyəti təbii fəlakətin baş verdiyi əraziyə və həmin fəlakətin nəticələrinin baş verə biləcəyi əraziyə şamil edilə bilər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə