Rusiya Federasiyasının həftə ərzində Ukraynadakı itkiləri...

Sentyabrın ikinci həftəsində Ukrayna Silahlı Qüvvələri 8540 rusiyalı hərbçini ləğv edib. Onlar həmçinin bir təyyarə, 305 artilleriya sistemi və 370 pilotsuz uçan aparatı məhv etməyə müvəffəq olublar.

SİA bu barədə Quru Qoşunlarının komandanı Aleksandr Pavlyukun Teleqramına istinadən xəbər verir.

…2024-cü il sentyabrın 8-dən sentyabrın 15-dək olan həftə ərzində düşmənin itkiləri təxminən 8540 nəfər təşkil edib.

Bunu Pavlyuk yazıb.

Bundan əlavə, o, Ukrayna Silahlı Qüvvələrinin məhv etdiyi texnikanın siyahısını verib:

-44 tank;

-166 zirehli döyüş maşını;

-305 artilleriya sistemi;

- 6 MLRS;

-5 hava hücumundan müdafiə qurğusu;

-466 nəqliyyat vasitəsi;

-37 ədəd xüsusi texnika.

… Ukrayna Silahlı Qüvvələri düşmənin bir təyyarəsini, 4 raketini və 370 PUA-nı məhv ediblər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə