Honq-Konqda 27 nəfər streptokok infeksiyasına yoluxub...

Honq-Konqda 27 nəfər streptokok infeksiyasına yoluxub, onlardan ikisi ölüb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti məlumat yayıb.

Son bir neçə həftə ərzində Honq-Konqda streptokok infeksiyasının epidemiyası qeydə alınıb.

Xəstələr arasında 53 yaşdan 88 yaşa qədər 10 kişi və 17 qadın var.

Qəzetin qeyd etdiyi kimi, yoluxmuş beş nəfər artıq tibb müəssisələrindən evə buraxılıb, 17 xəstənin vəziyyəti stabildir, daha 3 nəfərin vəziyyəti ağırdır.

Xəstəliyin simptomları sepsis, oynaqların absesi, meningit və sidik yollarının iltihabı hesab olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə