Ruslar Kursk vilayətinin Borki kəndini geri qaytarıb…

Rusiya hərbçiləri Kursk vilayətinin Sudjanski rayonunun Borki kəndini düşmən birləşmələrindən təmizləyib.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, “Axmat” xüsusi təyinatlılarının komandanı Apti Alaudinov Telegram kanalında bildirib.

Hərbçi qeyd edib ki, kəndin azad edilməsində “Arbat” bölməsinin və 810-cu briqadanın hərbçiləri iştirak edib.

Onun sözlərinə görə, təmizləmə zamanı onlar bir neçə əsir götürə biliblər.

Bundan əvvəl Alaudinov Rusiya Silahlı Qüvvələrinin Kursk vilayətinin Pokrovski fermasını, Darino, Tolstoy Luq və Snaqost kəndlərini azad etdiyini bildirib.

O, Rusiya bayrağının dəniz piyadaları və 51-ci GPDP əsgərləri tərəfindən qaldırıldığını açıqlayıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə