Ukrayna nə üçün Rusiyanın dərinliklərinə zərbə endirmək istəyir..?

Qərb ölkələrinə Rusiya cəmiyyətini sarsıtmaq üçün Ukraynanın Rusiya ərazisinə zərbələri lazımdır.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş polkovniki Oleq Starikov “PolitBuro” YouTube kanalına müsahibəsində deyib.

Onun fikrincə, Qərb öz məqsədinə çatmayacaq, çünki NATO raketlərinin Rusiyanın dərinliklərində mümkün hücumu onların məhdud sayda və Rusiya hava hücumundan müdafiə qüvvələrinin işi sayəsində hərbi nəticəyə gətirib çıxarmayacaq.

…Bu zərbələr cəmiyyəti sarsıda biləcəkmi? Onlar bacarmayacaqlar, -deyə Starikov əminlik bildirib.

…Həmsöhbət əlavə edib ki, təhlükə yarananda Rusiya cəmiyyəti birləşir.

…Bu, həmişə belə olub və indi istənilən zərbə, əksinə, Putinin ətrafında birləşməyə gətirib çıxaracaq.

Bunu da Starikov deyib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə