“Qazprom” Avropadakı son müştərilərini də itirir...

…“Qazprom”un Avropa İttifaqındakı sonuncu əsas müştərilərindən biri Rusiya Federasiyasından onilliklər ərzində davam edən qaz alışını dayandırdığını elan edib.

SİA-nın əldə etdiyi məlumata görə, Vyana və onun ətrafındakı 2 milyondan çox istehlakçını qazla təmin edən Avstriyanın “Wien Energy GmbH” şirkəti 2025-ci ildən etibarən Rusiya Federasiyasının qazından tamamilə imtina edəcək.

Qazprom qazının əvəzinə şirkət Şimali Afrikadan, Şimal dənizindən tədarüklərə razılaşıb, həmçinin LNG ixracatçıları ilə Avstriyada qaz istehlakının 12 faizini əhatə edən həcmdə müqavilələr bağlayıb.

…Putinin Ukraynaya qarşı aqressiv müharibəsi səbəbindən Rusiya Federasiyasından qazdan müstəqillik tədarükün təhlükəsizliyi üçün kritik hala gəldi.

Qeyd edək ki, bunu Vyananın iqtisadi məsələlər üzrə ofisinin rəhbəri Peter Hanke qərarı şərh edərkən deyib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə