Conson Rusiyanın dərinliklərinə zərbələr endirməyə icazə verməyə çağırıb

…Böyük Britaniyanın beş keçmiş müdafiə naziri, eləcə də keçmiş baş nazir Boris Conson Britaniya hökumətini Birləşmiş Ştatlar bu addımı təsdiqləməsə belə, Ukraynaya Britaniya tərəfindən təchiz edilmiş “Storm Shadow” raketləri ilə Rusiya ərazisinə dərin zərbələr endirməyə icazə verməyə çağırıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə müraciətin bəzi müəllifləri ilə söhbət edən “The Sunday Times” yazır.

…Ukraynanın uzaqmənzilli silahlardan istifadəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını dəstəkləyən keçmiş nazirlər ümumi seçkilərdə uduzduqdan sonra iyul ayında müxalifətə keçən Mühafizəkarlar Partiyasını təmsil edirlər. Bunlar Qrant Şapps, Ben Uolles, Gavin Uilyamson, Penni Mordaunt və Liam Foksdur.

Conson 2022-ci ildə, Rusiyanın Ukraynaya geniş miqyaslı işğalı zamanı Mühafizəkarlar kabinetinə rəhbərlik edib və aparıcı Qərb siyasətçiləri arasında Ukraynaya hərbi dəstəyin ən ardıcıl müdafiəçilərindən biri olaraq qalır.

Ötən gün istefada olan baş nazir Kiyevə səfər edib və orada ona yaxşı tanış olan Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb.

“Sunday Times” qəzetinə şərhlərdə təqaüdə çıxan bütün nazirlər qeyd ediblər ki, Britaniya Birləşmiş Ştatlardan rəsmi razılaşma gözləməli deyil, “liderlik” nümayiş etdirməlidir. Onlar gecikmələrə qarşı da xəbərdarlıq ediblər.

…Gecikdirmək üçün heç bir səbəb yoxdur,- deyən Conson Ukraynaya zərbələri endirmək üçün icazənin gecikməsinə işarə edərək bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə