Qadının 1,5 milyon rublunu qarət ediblər

…Mərkəzi Bankın saxta işçiləri Sankt-Peterburqlu qadını külli miqdarda pulla aldadıblar.

SİA xəbər verir ki, “İzvestiya” qəzetinin hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən yazdığına görə, qadın fırıldaqçılara 1,5 milyon rubldan çox pul verib.

Sonradan qadın polisə müraciət edib. 1953-cü il təvəllüdlü təqaüdçü bildirib ki, ona özünü Mərkəzi Bankın əməkdaşı kimi təqdim edən naməlum şəxs zəng edib və qadına hesablarında dələduzluq olması barədə məlumat verib. O, təhlükəsizlik məqsədilə pulun başqa hesaba köçürülməsini təklif edib.

Təqaüdçü bunu edib. Onlar ümumilikdə müxtəlif bankların bankomatları vasitəsilə naməlum şəxslərə 1 milyon 543 min rubl köçürüblər.

Qadın aldadıldığını anlayınca polisə müraciət edib.

Faktla bağlı cinayət işi açılıb.

Bundan əvvəl Sankt-Peterburqda Kronştadtda 7 mənzil oğurlayan dələduzlar saxlanılıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə