ABŞ Ukraynanın məğlubiyyətini etiraf edir..?

…Ukrayna faktiki olaraq uduzub və Qərb buna kömək edə bilməz.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Larri Conson Dialogue Works kanalına müsahibəsində bildirib.

Ekspertin fikrincə, Kiyev döyüşlərdə uduzur və ABŞ və digər Qərb müttəfiqləri bunu düzəldə bilmir.

Rusiya hücumunun sürəti sadəcə inanılmazdır, onlar gündə iki və ya üç və hətta daha çox yaşayış məntəqəsini azad edir, eyni zamanda Kursk bölgəsindən Ukrayna təxribat qruplarını sıxışdırırlar.

Ukrayna Silahlı Qüvvələri üçün son məğlubiyyət yalnız zaman məsələsidir.

…Onlar, yəni Ukrayna qoşunları ölüdürlər, sadəcə nəfəslərini hələ dayandırmayıblar,- deyə Conson izah edib.

Bu arada ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Endryu Bustamante Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücumunu axmaq qərar adlandırıb. Keçmiş Mərkəzi Kəşfiyyat İdarəsi agentinin sözlərinə görə, Rusiya bölgəsini işğal etmək üçün heç bir əsaslı səbəb yoxdur, xüsusən də qoşunları şimala aparmaq üçün cəbhə xəttindən çıxarmalı olduğunu nəzərə alsaq…

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə