Putinə yol verən qara pişiyin videosu peyda olub...

…İnternetdə Rusiya prezidenti Vladimir Putinin kortejinə yol verən qara pişiyin videosu yayılıb.

SİA-nın əldə etdiyi məlumata görə, görüntüləri Telegram-da “Rossiya 1” telekanalının jurnalisti Pavel Zarubin təqdim edib.

Videoda Sankt-Peterburq həyəti və qara pişik əks olunub. Heyvan yolu keçmək üzrədir, lakin birində prezidentin olduğu avtomobillərin qarşısında dayanır. Pişik onun qabağa getməsinə icazə verir və qaçır. Pərdə arxasında Zarubinin səsi eşidilir: “Bəlkə də həftənin ən gülməli kadrı: Putinin korteji və yeganə düzgün qərar verən qara pişik”.

Deyilənlərə görə, görüntülər Sankt-Peterburqun həyətlərindən birində lentə alınıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə