Türkiyədə zavodda partlayış olub - 20 yaralı var

Türkiyənin Sakarya şəhərinin Hendek rayonunda un məmulatları zavodunda partlayış olub. SİA xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Partlayışda 20 nəfərin yaralandığı bildirilir. Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə