Norveç vəliəhd şahzadəsinin oğlu yenidən polis tərəfindən saxlanılıb

Norveç vəliəhd şahzadəsi Mette Maritin oğlu Marius Borq Höibi yenidən polis tərəfindən saxlanılıb. SİA Oslo polisinə istinadla xəbər verir ki, keçmiş sevgilisi ilə gizli telefon nömrəsindən əlaqə saxlayan Marius Borq ona qoyulan qadağanı pozmaqda ittiham olunur. Saxlandıqdan bir neçə saat sonra müttəhimin vəkili Oyvind Bratliyen “TV 2”yə Höibinin sərbəst buraxıldığını söyləyib.

“O, özünü təqsirli hesab etmir. 17 illik vəkillik fəaliyyətimdə mən heç vaxt bu qədər faktiki həssas və hüquqi əsaslarla həbs olunma ilə qarşılaşmamışam”, - deyə Bratliyen bildirib.

Polisin verdiyi açıqlamaya görə, təmas qurma qadağasını pozmaqla yanaşı, alkoqol və narkotik aludəçiliyindən əziyyət çəkən 27 yaşlı Marius Borq başqa bir şəxsə qarşı qanunsuz hədə-qorxu gəlməkdə, vandalizmdə, elektrik skuterini oğurlamaqda və iki keçmiş sevgiliyə hücum etməkdə də şübhəli bilinir.

Bütün xəbərlər Facebook səhifəmizdə