Təl-Əvivdə minlərlə insan mitinq keçirib...

...On minlərlə israilli Təl-Əviv küçələrinə çıxaraq Qəzza zolağından girovların azad edilməsi üçün təcili razılığın əldə olunmasını tələb edərək etiraz aksiyası keçirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti yazır.

Qeyd olunur ki, qətlə yetirilən rusiyalı girov Aleksandr Lobanovun dul qadını Mixal Lobanova etirazçılar qarşısında çıxış edib. Xatırladaq ki, Aleksandr Lobanovun meyiti Rəfahdakı tuneldə aşkarlanıb.

O, uşaqlarının atalarını bir daha görməyəcəyini bildirib.

Tətilçilər ona dəstək sözləri ilə cavab veriblər.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl İsrail ordusunun hücumu nəticəsində Qəzza zolağında iki uşağın öldüyü bildirilmişdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə