Zelenski sülh planının təfərrüatlarını açıqlaya bilmir, çünki o...

Ukrayna rəhbəri hərbi yardımla bağlı Qərbə müraciət edib

...Qərb ölkələrindən hərbi yardımın hər gecikməsi Ukrayna üçün mənfi nəticələrə səbəb olur.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə dövlət başçısı Vladimir Zelenski özünün Telegram kanalında bildirib.

…Biz bu müharibənin əvvəlindən prezidentin və ABŞ Konqresinin dəstəyini yüksək qiymətləndiririk. Konqresdə çox mühüm qanun layihəsini qəbul etdiyiniz üçün təşəkkür edirik. Ümid edirəm ki, bütün bunlar Ukraynaya mümkün qədər tez çatacaq və ordumuzu gücləndirəcək.

Bunu Zelenski bildirib və qeyd edib ki, silah tədarükünün ləngiməsi Ukrayna üçün mənfi nəticələrə malikdir.

Zelenski daha əvvəl demişdi ki, onun sülh planının uğuru ABŞ prezidenti Cozef Baydendən asılı olacaq.

Onun sözlərinə görə, planının təfərrüatlarını açıqlaya bilmir, çünki o, Ağ Evin rəhbərinə “sözünü verib”.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə