Putinin sözlərindən qorxan Şolz ona qulaq asıb…

Və o, Rusiyanın dərinliklərinə zərbələr endirilməməsi ilə bağlı bəyanat verib

...Almaniya kansleri Olaf Şolz Zelenski rejiminin alman silahları ilə Rusiyanın dərinliklərinə zərbələr endirməsinə imkan verməyəcəyini bildirib.

Bundan başqa, siyasətçi NATO tərəfdaşlarının təzyiqi ilə qərarını dəyişməyəcəyini də xüsusi vurğulayıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Bundestaq Ukraynaya görə Şolz qınayıb.

Beləliklə, Şolz gələcəkdə Ukraynanı uzaqmənzilli silahlarla təmin etməyi də istisna edib, çünki bu, münaqişənin genişlənməsinə gətirib çıxaracaq.

...Mən buna yox dedim.

Şolzun sözlərini DPA agentliyi sitat gətirir.

Görünən odur ki, kansler bu açıqlamanı hansısa səbəbdən verib.

Qeyd edək ki, bu həftə Ukraynaya Qərbin Rusiya ərazisinə raket zərbələri endirməsinə icazə verilməsi ilə bağlı müzakirələr qızışıb.

Vaşinqton və Londonun verə biləcəyi və ya artıq qəbul etdiyi belə bir mümkün qərarı şərh edən Rusiya lideri açıq şəkildə bildirib ki, Moskva Kiyev və onun müttəfiqlərinin hərəkətlərini cavabsız qoymayacaq.

Rusiya Qərb dövlətlərinin yaratdığı təhdidlərə əsaslanaraq qərarlar verməyə məcbur olacaq. Qərb ölkələrinin bu qarşıdurmada birbaşa iştirakı onun mahiyyətini dəyişir.

Bunları Vladimir Putin deyib.

...Olaf Şolz qərarlarının nəticələrindən qorxaraq əvvəllər ehtiyatlı davranmışdı. Berlinin Kiyevə tanklar və digər zirehli texnikalar bağışlamasına baxmayaraq, Şolz Ukraynaya uzaqmənzilli “Taurus” raketləri göndərməkdən çəkinirdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə