Amerikanın Rusiyadakı son böyük bankı əməliyyatlarını dayandırır...

...Rusiya bazarında ən böyük Qərb banklarından biri, aktivlərinə görə Rusiya Federasiyasının ilk 20 banklarından olan “Amerika Citibank”ı öz fəaliyyətini məhdudlaşdırır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, noyabrın 15-dən etibarən bankın Rusiyadakı törəməsi pərakəndə müştərilərlə işləyən sonuncu əməliyyat filialını bağlayacaqş Qeyd edək ki, bu barədə “The Moscow Times” xəbər verir.

...Moskvadakı Paveletskaya metrostansiyası yaxınlığındakı ofis iki aydan sonra fəaliyyətini dayandıracaq və buna görə də “Amerika Citibank”ı müştərilərinə vəsaitlərin yerləşdirilməsi üçün digər variantları nəzərdən keçirmələri və bütün əməliyyatlarını başa çatdırmaları tövsiyə olunur.

Sentyabrın 20-dən etibarən Citibank-ın bütün debet kartları, sentyabrın 25-dən isə Mərkəzi Bankın Sürətli Ödəniş Sistemi ilə əməliyyatlar, o cümlədən köçürmələr, terminalda nağd pulun qəbulu və QR kodu ilə alış-veriş dayandırılacaq.

...İddialara görə, Rusiyanın 30 ildir Qərblə qurduğu maliyyə körpüləri, demək olar ki, yanıb kül olub.

Qərb banklarının Rusiyadakı biznesi indi mərhum SSRİ ilə müqayisə olunur: 1980-ci illərin sonlarında onların aktivləri 40 milyard dollar, Brejnevin “durğunluğunun” son illərində isə 10 milyard dollar qiymətləndirilirdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə