Kiyevin Rusiyada vuracağı hədəflər dəyişib…

Bəzi iddialara görə, guya ABŞ belə məsləhət bilib..?

...Deməli, əvvəlcə Kiyev ABŞ-dan Rusiya Federasiyasının hava bazalarına ATACMS zərbələri endirməsini xahiş etdi. Ancaq indi zərbələrin hədəfləri fərqlidir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RBC-Ukrayna “Reuters”ə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, Ukrayna əvvəlcə ABŞ-dan Rusiyanın hava bazalarını məhv etmək üçün uzaqmənzilli ATACMS raketlərindən istifadə etməyi xahiş etsə də, hazırda Ukraynanın uzaqmənzilli zərbələri üçün potensial hədəflər genişlənib. Belə ki, bu hədəflərə bunlar daxildir:

- Rusiya hərbi komandanlıq mərkəzləri,

- yanacaq və silah anbarları,

- qoşunların cəmləşdiyi yerlər.

Nəşrin anonim mənbələri bildiriblər ki, Ukrayna ABŞ və Böyük Britaniyaya Rusiya ərazisində icazə verildiyi təqdirdə Qərbin uzaqmənzilli silahları ilə vurula biləcək potensial hədəflərin siyahısını təqdim edib.

…Məlum olduğu kimi, Pentaqonun Ukrayna üçün əsas təhlükələrdən biri olan planer bombalarını buraxan Rusiya təyyarələrinin 90 faizinin Ukraynanın nəzarətində olan ərazilərdən ən azı 300 kilometr uzaqlıqda yerləşən aerodromlarda yerləşdiyini bildirməsindən sonra hədəflər dəyişib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə