Mişustin “Rosmolodej”-ə yeni rəhbər təyin etdi

Rusiyanın baş naziri Mixail Mişustin əvvəllər Birincilər Hərəkatının İdarə Heyətinin sədri olmuş Qriqori Qurovu “Rosmolodej”ə yeni rəhbər təyin edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti xəbər verir.

Qeyd edək ki, Qurovun 38 yaşı var. O, bələdiyyə gənclər mərkəzində mütəxəssisdən Rusiya Federasiyasının elm və ali təhsil nazirinin müavini vəzifəsinə qədər yüksəlib.

Qurov, həmçinin Stavropol diyarının Dumasında, Şimali Qafqaz Federal Dairəsinin səlahiyyətli nümayəndəsi vəzifələrində çalışıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə