XİN rusları Qanaya səyahət etməyin mənası barədə düşünməyə çağırıb

Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova rusiyalıları milli mənsubiyyətinə görə Rusiya vətəndaşlarına viza verməkdən imtina edən ölkələrə getmək üçün nə qədər ehtiyac olduğunu düşünməyə çağırıb.

SİA-nın əldə etdiyi məlumata görə, diplomat bu barədə TVC telekanalında bildirib.

Telekanal jurnalisti ondan Qananın Moskvadakı səfirliyinin qapalı təlimat aldıqdan sonra oktyabr ayına qədər ruslara viza verilməsini dayandırması ilə bağlı məlumatları şərh etməyi xahiş edib.

Zaxarova qeyd edib ki, Rusiya vətəndaşları vizaların verilməməsinə başqa yerə pul xərcləməklə cavab verə bilərlər. Onun sözlərinə görə, onların da öz mövqelərini və bu cür dövlətlərə səfər etmək istəmədiklərini açıq şəkildə ifadə etmək imkanı var.

…Ruslara milli mənsubiyyətinə görə viza verilməyəcəyini bəyan edən bir ölkədə gözəl Yeni il tətilinə getmək istəyənlərin nə etməsinə gəlincə... Ya da bəlkə o zaman fikirləşin ki, getməyə ehtiyac varmı?

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə