Moskvada onlarla veteran zəhərlənib

...Moskvada veteranlar üçün sosial mərkəzin onlarla qonağı zəhərlənib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Baza Telegram kanalı bildirib.

Hadisə Olimpiya prospektində yerləşən Mixaylov adına Sosial Reabilitasiya Mərkəzində baş verib. Sentyabrın 15-də səhər saat 5 radələrində 30 nəfərdə eyni simptomlar - qızdırma, ürəkbulanma, ishal və qarın ağrısı müşahidə olunub.

Qurbanların hamısına əvvəllər qida zəhərlənməsi diaqnozu qoyulub. Mütəxəssislər bunun səbəbinin bütün xəstələrin bir gün əvvəl yediyi balıq olduğunu güman edirlər.

…Sentyabrın əvvəlində Kareliya sakinləri şavarmadan kütləvi şəkildə zəhərləniblər. 113 nəfər özünü pis hiss edib. Şavarma ilə zəhərlənənlərin hamısına orta ağır formada baş verən salmonellyoz diaqnozu qoyulub. Zərərçəkənlər arasında 46-nəfər 17 yaşına qədər uşağın olduğu dəqiqləşdirilir. Prokurorluğun müstəntiqləri müəyyən ediblər ki, bu şəxslər hamısı eyni iaşə obyektindən hazır yemək alıblar.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə