Ukrayna ilə Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub

Ukrayna ilə Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub.

SİA bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin “Telegram” kanalına istinadla xəbər verir.

“Daha 103 döyüşçü Rusiya əsirliyindən Ukraynaya qaytarılıb”, - deyə Zelenski yazıb.

Onlardan 82-si sıravi və çavuşdur. Hərbi Əsirlərlə Davranış məsələləri üzrə Koordinasiya Qərargahının qeyd etdiyi kimi, bu dəfə azad edilənlərin hamısı kişidir.

“Azad edilmiş 69 hərbi qulluqçu Mariupol şəhərinin müdafiəsində iştirak edib. Onların arasında ÇAES (Çernobıl Atom Elektrik Stansiyası - red.) iki mühafizəçisi də var. Bundan əlavə, Daxili İşlər Nazirliyinin rəisi İqor Klimenkonun sözlərinə görə, azad edilmiş 51 nəfər Daxili İşlər Nazirliyi sistemindəndir: 38 qvardiyaçı, 8 sərhədçi, 4 polis və bir xilasedici”, - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə