Restoranın direktoru həbs edilib, zəhərlənmə olub...

Moskvanın Meşçanski Rayon Məhkəməsi Çin restoranının direktoru Yekaterina Şapovalova barəsində ev dustaqlığı kimi həbs qətimkan tədbiri seçib. O, təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlər göstərməkdə ittiham olunub.

Paytaxtın ümumi yurisdiksiya məhkəmələrinin mətbuat xidmətindən verilən məlumata görə, Şapovalova 1 ay 30 gün müddətinə - 2024-cü il noyabrın 13-dək ev dustaqlığına göndərilib.

SİA-nın əldə etdiyi məlumata görə, eyni müddət ərzində ona müəyyən qadağalar və məhdudiyyətlər qoyulub.

TASS-ın məlumatına görə, Çindən gələn turistlərin sözügedən restoranda zəhərlənməsindən sonra Şapovalovaya qarşı cinayət işi açılıb.

Bundan əvvəl Moskvada məhkəmənin Venevskaya küçəsindəki restoranın yaxınlığında atəş açan şəxsi həbs etdiyi bildirilirdi.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə