Belqorod vilayətinin atəşə tutulması zamanı rusiyalı qadın ölüb

…Belqorod vilayətinin Bezlyudovka kənd sakini Ukrayna Silahlı Qüvvələrinin Şebekinski şəhər dairəsini atəşə tutması zamanı həlak olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiya vilayətinin qubernatoru Vyaçeslav Qladkov özünün Telegram kanalında bildirib.

…Bir mülki vətəndaş yenidən ölüb. Bezlyudovka kəndində qadın mərminin birbaşa evə dəyməsi nəticəsində dünyasını dəyişib. Mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm, - deyə Belqorod vilayətinin başçısı bildirib.

Qladkov əlavə edib ki, səkkiz fərdi yaşayış evinin pəncərələri sındırılıb, dam örtüyü, hasarlar və bir avtomobil sursatın qəlpələri ilə kəsilib. Bundan başqa, Maslova Pristan kəndində bir neçə qaraj yanıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə