Tunisdə kütləvi etirazlar başlayıb

…Minlərlə tunisli müxalifətin yatırılmasına və hazırkı dövlət başçısı Kays Səidin ciddi rəqiblərinin oktyabrın 6-da keçiriləcək prezident seçkilərindən kənarda qalmasına etiraz olaraq küçələrə axışıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Deutsche Welle yazıb.

Onun sözlərinə görə, səsvermə bülletenində Səidə cəmi iki alternativ var - Zuhair Magzaoui və Ayaçi Zammel, sonuncu isə sentyabrın əvvəlində seçki ilə bağlı pozuntular ittihamı ilə həbs edilib.

Səidin tənqidçiləri iddiaların siyasi olduğunu deyirlər.

…Seçki Komissiyası bu yaxınlarda namizəd olmaq hüququ ilə bağlı qanuni müraciətləri qazanmış daha üç prezidentliyə namizədi bərpa etməkdən imtina edib.

Etirazçılar seçki komissiyasını hakimiyyətdən asılı olmaqda və Səidin ikinci müddətə seçilməsinə faktiki olaraq yol açmaqda ittiham edirlər.

Tunisin mərkəzində toplaşan etirazçılar “Qorxuya yox. Hədə-qorxuya yox. Hakimiyyət xalqın əlindədir”-şüarı səsləndiriblər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə