Kadırov Dağıstandan olan senatora qarşı qan davası elan edib

Rusiyanın Çeçenistanı və Dağıstan elitaları arasında uzun müddətdir davam edən çəkişmə güclənir və deyilənlərə görə, artıq nəzarətdən çıxmaq riski var.

SİA-nın əldə etdiyi məlumata görə, Çeçenistan lideri Ramzan Kadırovun Rusiya Federasiya Şurasındakı Dağıstanın nümayəndəsi Süleyman Kərimova qarşı qan davası elan etdiyi iddia edilir.

Bu barədə Odessa Şəhər Şurasının keçmiş deputatı, Rusiya Federasiyasının ali rəhbərliyində əlaqələri olan əməkdaş İqor Dimitriyev məlumat verib.

“Dialoq.UA” xəbər verir ki, o, bu məlumatın ona anonim mənbə tərəfindən verildiyini iddia edir. Onun sözlərinə görə, bu yaxınlarda Rusiya Dövlət Dumasının iki deputatı çeçen Adam Delimxanov və dağıstanlı Rizvan Kurbanov arasında atışma olub. Orada qan davası elan edilib.

...Delimxanovun dediyinə görə, Dağıstandan olan senator Süleyman Kərimov prezident Ramzan Kadırovla onun qardaşının öldürülməsinə göstəriş verdiyi üçün qan davası elan edilib.

Qeyd edilməlidir ki, Dağıstan və Çeçenistan elitaları arasında çox ciddi düşmənçiliyin olması hamıya məlum faktdır. Rusiya Federasiyasının rəhbəri Vladimir Putin son vaxtlara qədər bu münaqişəni məhdudlaşdırırdı, lakin görünür, onun təsiri zəifləməyə başlayıb.

Bu isə Rusiyanı daxili sabitliyin itirilməsi ilə hədələyir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə