Putinin fərmanından sonra əcnəbilər Rusiyaya köçmək istəyirlər?

...Rusiya prezidentinin ənənəvi dəyərləri paylaşan insanlara humanitar dəstək haqqında fərmanından sonra Britaniyada 30-dan çox insan Rusiyaya köçmə ilə maraqlanıb.

SİA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Londondakı səfirliyindən məlumat verilib.

Diplomatlar qeyd ediblər ki, avqustun 19-dan etibarən yeni imkanla maraqlanan onlarla əcnəbi Rusiyanın Edinburqdakı səfirliyi və baş konsulluğu ilə əlaqə saxlayıb.

...Əcnəbi vətəndaşlardan Rusiya Federasiyası Prezidentinin Fərmanına uyğun olaraq ölkəmizdə müvəqqəti yaşamaq üçün icazələrin verilməsi qaydasına aydınlıq gətirilməsi ilə bağlı ümumilikdə 34 müraciət daxil olub.

Bunu səfirlikdən bildiriblər.

Deyilənlərə görə, əsasən Britaniya vətəndaşları maraq göstərib.

Xatırladaq ki, avqustun 19-da Rusiya prezidenti Vladimir Putin ənənəvi rus mənəvi-əxlaqi dəyərlərini bölüşən şəxslərə humanitar dəstək haqqında fərman imzalayıb.

Deməli, ölkələrində dağıdıcı neoliberal münasibətləri qəbul etməyənlərə yardım göstəriləcək. Və belə ölkələrin siyahısını müəyyən etmək Rusiya Xarici İşlər Nazirliyinə həvalə edilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə