Yaponiya sahillərində güclü zəlzələ baş verdi

Yaponiya sahillərində güclü zəlzələ baş verdi

Yaponiya sahillərində 5,8 maqnitudada zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, yeraltı təkanların episentri 555 min insanın yaşadığı Kaqosima şəhərindən (Küsü adası) 200 km cənub-şərqdə, zəlzələ ocağı 28 km dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb

Bütün xəbərlər Facebook səhifəmizdə