ABŞ Ukraynadakı münaqişənin tərəfinə çevrilmək niyyətində deyil.
SİA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
…Biz açıq şəkildə bildirdik ki, Ukraynadakı münaqişənin tərəfi olmaq niyyətində deyilik.
Miller vurğulayıb ki, bu, Amerika silahlı qüvvələrinin Ukraynaya göndərilməsinə də aiddir.
O, həmçinin əlavə edib ki, Vaşinqton Rusiya prezidenti Vladimir Putinin Qərbin Ukrayna münaqişəsində iştirakının nəticələri ilə bağlı sözlərini diqqətlə izləyir.
… Millerin sözlərinə görə, ABŞ Kiyevi lazımi silahlarla təchiz etməyə davam edəcək və Ukrayna Silahlı Qüvvələrinə yardım üçün beynəlxalq koalisiyada iştirak edəcək.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə