Rusiyada Çin avtomobillərinin satışı yeni rekorda imza atıb

Rusiyada Çin avtomobillərinin satışı üzrə yeni rekord müəyyən edilib.

2024-cü ilin avqustunda ruslar Çindən 90 min yeni minik avtomobili alıblar.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Autostat yazır.

Bu, onların bazarda mövcud olduğu bütün dövr üçün rekorddur. Əvvəlki maksimum martda qeydə alınıb - 84 min avtomobil. Bununla belə, ekspertlər qeyd edirlər ki, təkrar emal dərəcələrinin yaxınlaşması ilə əlaqədar bazar həddindən artıq qızışıb: ruslar qiymət qalxmamış avtomobil almağa çalışırlar.

Bir çox Çin markası avqust ayında öz rekordlarını qırıb. Belə ki, 18 564 avtomobil satan Haval üçün yayın son ayı ardıcıl ikinci, Chery üçün üçüncü (16 544 ədəd), Changan üçün dördüncü (11 429 ədəd), Jetour üçün üçüncü (3 704 ədəd) və Jaecoo - altıncı (2852 ədəd) olub.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə