Rusiya Müdafiə Nazirliyi Kurskdakı vəziyyətlə bağlı danışıb

Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti Telegram kanalında Rusiya Silahlı Qüvvələrinin Kursk istiqamətində hücum əməliyyatlarını davam etdirdiyini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, departament iddia edir ki, Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin Obuxovka istiqamətində əks-hücumunu dəf edib, Kamışevka və Borka istiqamətində iki hücum cəhdinin qarşısını alıb, həmçinin Rusiya sərhədindən yaşayış məntəqələrinə keçmək üçün üç cəhdin qarşısını alıb.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, son 24 saat ərzində Ukrayna tərəfi 300-ə qədər hərbçi itirib, 34 zirehli texnika məhv edilib, Ukrayna Silahlı Qüvvələrinin 12 əsgəri təslim olub.

Sentyabrın 13-də Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ordusu tərəfindən əsir götürülən 49 əsgərin mübadilə çərçivəsində ölkəyə qayıtdığını bildirib.

...Rusiya Federasiyası hələlik bu məlumatı şərh etməyib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə