...Deyəsən, Kreml uşaq və yeniyetmələr arasında ideoloji təbliğatı maksimum dərəcədə gücləndirmək qərarına gəlib. Belə ki, ilk dəfə açıq şəkildə Ukraynaya və Qərbə qarşı müharibədə iştirakını uşaqlıqdan tərbiyə olunan dəyərlər siyahısına daxil edib.
...“Gənclər arasında Vətəni qorumaq üçün konstitusiya borcunu yerinə yetirməyə hazırlığın formalaşdırılması” vəzifəsi bütün beş fraksiya adından Dövlət Dumasına təqdim olunan “Gənclər siyasəti sahəsinin sistemləşdirilməsi haqqında” qanun layihəsində təsbit edilmişdir.
...Bizə döyüşçülər lazımdır, atıcılar, hücum təyyarələri... Prezidentin ilk çağırışı ilə Yuxarı Larsa (...yadınızda olar, Rusiya ilə Gürcüstan sərhəddində, rusiyalı kişilərin 2022-ci ilin payızında müharibəyə getməmək üçün ölkəni tərk edənlərin istifadə etdiyi keçid məntəqəsi-A.B.) yox, hərbi komissarlığa getsinlər.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Rusiya hökumətinin rəsmisi “The Moscow Times”-a bildirib.
...Zarafatlar bitdi, Vətənimiz təhlükədədir, Qərb, ABŞ tərəfindən təhdid edilir. Artıq hipsterlərə, reperlərə, Qərb mədəniyyətini sevənlərə və digər qeyri-binar fərdlərə ehtiyacımız yoxdur. Onların arasından ancaq Navalnistlər çıxır.
Bunu da hökumət rəsmisi əlavə edib.
İddialara görə, Rusiyada gənclərin şüuru uğrunda mübarizə 2000-ci ildən başlayıb. Müxtəlif illərin Kreml ideoloqlarının - əvvəlcə Vladislav Surkovun, sonra Vyaçeslav Volodinin, indi isə Sergey Kiriyenkonun himayəsi altında çoxsaylı gənclər layihə və hərəkatlarına müntəzəm olaraq büdcə pulları ayrılıb.
Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri Rusiya hakimiyyəti artan həvəslə gənclər siyasəti ilə məşğul olub. İşğaldan cəmi üç ay sonra, 2022-ci ilin mayında Putinin təşəbbüsü ilə Sovet pionerlərini xatırladan “Birinci Hərəkat” yaradılıb. Məktəblərdə 2022-ci ilin payızından başlayaraq hər həftə dövlət bayrağı və himnin səsləndirilməsi ilə təntənəli birləşmələr tətbiq olunub.
...İndi prezident administrasiyası köhnə təcrübələrin tozunu təmizləyir və Stalin dövründə və sonralar istifadə edilən metodoloji tövsiyələri sözün əsl mənasında öyrənir və qəbul edir.
Qeyd edək ki, bunu Kremlə yaxın mənbə “The Moscow Times” qəzetinə deyib.
...Vətəndaşların erkən uşaqlıqdan - uşaq bağçasından, sonra isə məktəbdən və ali təhsildən ideoloji aşılanması sahəsində mümkün qədər çox sayda təşəbbüsləri sistemləşdirmək və birləşdirmək üçün Kreml Gənclərlə İş üzrə Federal Agentliyi (“Rosmolodej”) ciddi şəkildə gücləndirmək niyyətindədir.
Bu arada Rusiya mətbuatı xəbər verir ki, idarənin maliyyələşdirilməsi xeyli artırılacaq və gələn il orada yeni rəhbər peyda olacaq.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə