Ruslar nəsil artırmağın ən optimal yolunu tapıblar..?

Doğuş səviyyəsini artırmaq üçün rusları kütləvi şəkildə kəndlərə köçürmək istəyirlər, amma heç kim getmək istəmir..?

...Rusiya Elmlər Akademiyasının Mərkəzi İqtisadiyyat və Riyaziyyat İnstitutunun direktoru Albert Baxtizin bildirib ki, Rusiyada doğum səviyyəsinin artırılması problemini həll etmək üçün insanların şəhərlərdən kəndlərə köçürülməsinə başlamaq lazımdır.

...Demoqrafik xaç anlayışı var. Bir xətt yüksəlir - bu urbanizasiya, digəri aşağı - doğum nisbəti. Əlaqə birbaşadır. Rusiyada 20-ci əsrin ortalarında əhalinin 44 faizi şəhərlərdə yaşayırdı, indi isə 75 faizi, bu əsrin sonunda isə 90 faizi olacaq.

SİA-nın əldə etdiyi məlumata görə, Baxtizin bunu “Komsomolskaya Pravda”ya müsahibəsində bildirib.

...Onun sözlərinə görə, şəhərlərdə “qadınların reproduktiv münasibətinə son qoyan” çox kiçik mənzillər var. Qeyd edək ki, o, rusların 73 faizinin orta sahəsi 57 kvadratmetr olan mənzillərdə yaşadığı məlumatlara istinad edib.

...Belə şəraitdə, mahiyyətcə qəfəslərdə uşaq dünyaya gətirmək üçün stimullar azdır, - deyən akademik insanların məhdud ərazidə cəmləşməsinin ümumiyyətlə “demoqrafiya üçün çıxılmaz nöqtə” olduğunu əlavə edib.

Bir çox ölkələrdə bu problemi artıq başa düşüblər və şəhərdən kəndə köçmək üçün pul ödəyirlər.

Məsələn, Yaponiyada bu, milyon yen (təxminən 600 min rubl), Avropa İttifaqı ölkələrində isə 3-4 min avrodur.

Bunları da Baxtizin deyir.

Amma o, bu tədbirlərin hələ ki, elə də bir nəticə vermədiyini də etiraf edib.

Niyə? Çünki az adam kəndə getmək istəyir. Məbləğ çatışmazlıqları kompensasiya etmir: kənddə maraqlı və pullu iş yoxdur, məktəb və xəstəxana yoxdur...

Bununla bağlı “rusiyalı uzaqgörən”, hakimiyyət orqanlarını kənd yerlərində maraqlı iş yaratmağa, xəstəxanalar, klublar açmağa çağırıb.

...Bütün bunlar böyük investisiyalar və dövlətin iradəsini tələb edir. Bunsuz insanları dünyaya gətirmək və əraziləri inkişaf etdirmək üçün cəlb etmək mümkün olmayacaq.

Maraqlıdır ki, bunu deyən Baxtizin, rus ailələrinin 60 faizinin imkan verilsə, fərdi evə köçəcəyi sorğularına istinad edib. ...Amma məsələ bundadır ki, onların güzəştli ipotekaya ehtiyacı var, inşaatçılar isə kəndlərə gedən yollar və kommunal şəbəkələr üçün subsidiyalara ehtiyac duyurlar. Həm də tikinti zamanı qiymətlərə dövlət nəzarəti lazımdır.

Baxtizin qeyd edib bunu. Onun etirafına görə, ruslar rus kəndlərində məskunlaşmağa başlamasalar, Asiya və Afrikadan olan insanlar bunu edəcəklər.

...Yerin temperaturu yüksəlir və tezliklə Asiya və Afrikanın bir çox ölkələrində yaşamaq qeyri-mümkün olacaq. Bu insanlar harasa köçməli olacaqlar. Bizim boş ərazilərimiz isə onların xalqının yaşamağa davam etməsi üçün bir şans olacaq. Eyni zamanda onların çoxlu uşaqları var və gəlib burada da doğacaqlar.

Deyim ki, rusiyalı akademik bunu xüsusi olaraq xəbərdarlıq edir.

...Yeri gəlmişkən, Rusiya prezidenti Vladimir Putinin səkkiz uşaq sahibi olmaq tələbinə baxmayaraq, Rusiyada doğum nisbəti azalmaqda davam edir.

Belə ki, Rosstatın məlumatına görə, 2024-cü ilin ilk altı ayında Rusiyada 599,6 min körpə doğulub və xatırladaq ki, bu 2023-cü ilin eyni dövrü ilə müqayisədə 16,6 min körpə azdır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə