Ukraynanın Rusiyanı Qərb silahları ilə vurmaq hüququ olmalıdır…

Təcavüz qurbanının özünü müdafiə etmək hüququ var…

...Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib ki, Ukrayna müdafiə üçün Qərb silahları ilə Rusiya ərazisinə hücum etmək hüququna malikdir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Azadlıq” radiosu bildirib.

ABŞ dövlət katibi Antoni Blinkenlə görüşdə o, Ukraynanın təhlükəsizliyinin təmin edilməsinin Polşa və ABŞ üçün ümumi prioritet olaraq qaldığını bildirib.

…Polşa Rusiya rejimini Ukraynaya qarşı müharibəni dayandırmağa məcbur etmək üçün ona davamlı təzyiqin tərəfdarı olaraq qalır.
...Biz Qərb olaraq Ukraynanı qabaqcıl hava və raketdən müdafiə sistemləri ilə təmin etməyə davam etməli, uzaq mənzilli silahların istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmalıyıq. Biz iqtisadi sanksiyaların effektivliyinə əminik və həmçinin Rusiyanın dondurulmuş aktivlərinin müsadirə edilməsi üçün daha qətiyyətli addımlar atmağa çağırırıq.

Bunu deyən Sikorski hesab edir ki, Ukrayna müdafiə üçün Qərb silahları ilə Rusiya ərazisinə hücum etmək hüququna malikdir.

…Təcavüz qurbanının özünü müdafiə etmək, ona hücum edən hava hücumu silahlarını vurmaq hüququ var. Buna görə də hesab edirəm ki, Ukraynanın hərbi cinayətlərinin qarşısını almaq üçün Qərb silahlarından istifadə etmək hüququ var.

…Polşa Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə