“Koreyaya o zaman ona görə gəldik ki…”

Türkiyənin Nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Koreya müharibəsində şəhid olan 989 türk əsgərindən 462-nin qəbrinin yerləşdiyi Birləşmiş Millətlər Təşkilatının Xatirə Məzarlığını ziyarət edib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, Uraloğlu Qlobal İnfrastruktur Əməkdaşlığı Konfransı (GİCC 2024) çərçivəsində Koreya Respublikasına etdiyi səfərin ikinci günündə Busanda yerləşən və Koreya müharibəsində şəhid olan 989 türk əsgərindən 462-nin uyuduğu BMT-nin Xatirə Məzarlığına baş çəkib.

A.Uraloğlu burada etdiyi çıxışında Türkiyənin keçmişdə olduğu kimi bu gün də beynəlxalq arenada sülhə və məzlumlara verdiyi dəstəyə işarə edərək iki ölkə arasındakı həmrəyliyin köklü və davamlı olduğunu vurğulayıb.

Türkiyəli nazir gələcəkdə başqa müharibələrin olmaması, bütün dünyanın sülh, dostluq və barış içində yaşaması arzusunu ifadə edərək bunları qeyd etdi: "Bugünkü şəraitdə və inkişaf etmiş texnologiyalarla belə 10 saatlıq uçuş məsafəsində yerləşən Koreyaya o dövrdə kömək üçün gəldik. Koreya müharibəsinə qatılmağımız yalnız hərbi bir dəstək deyil, həm də dünyanın iki ayrı ucundakı iki millətin güclü dostluğunun və həmrəyliyinin ən konkret göstəricisidir. Bu gün bu bağlarımız hər sahədə güclənərək davam edir. Şəhidlərimizin və qazilərimizin göstərdiyi bu fədakarlıq bizim üçün sonsuzadək qürur mənbəyi olacaqdır."

Bütün xəbərlər Facebook səhifəmizdə