“Ermənilər bizdən başqa kimə lazımdır? Heç kimə lazım deyillər…”

Lukaşenko yeni diplomatik qalmaqalla üz-üzədir..?

Lukaşenko yenidən Ermənistandan danışıb. O, qeyd edib ki, İrəvan Qərbdə “xoş gəlmir” və “ənənəvi tərəfdaşlarla” münasibətləri kəsərsə, vahid bazarı və “qarşılıqlı yardımı” itirəcək.

SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə barədə diktatorun mətbuat xidməti bildirib.

… Sizcə, onlar haradasa Ermənistanı gözləyirlər? Bizi heç kim gözləmir, nə Ermənistanı, nə də Ukraynanı, -deyən Belarus rəhbəri “ermənilər çox ağıllı adamlardır” və “onlar xoşbəxtliklərinin harada olduğunu anlayacaqlar”, - deyə əlavə edib.

Qeyd edək ki, onun son oxşar açıqlaması bir müddət əvvəl Ermənistanda qalmaqala səbəb olmuşdu.

…Ermənilər bizdən başqa kimə lazımdır? Heç kimə lazım deyillər. Necə Fransa, necə Makron? Sabah Makron orada olmayacaq və hamı bu Ermənistanı unudacaq.

Xatırladaq ki, Lukaşenko bunu avqustun 19-da “Rossiya” kanalına müsahibəsində bildirmişdi.

…Görünür, siyasətçi Bakı ilə münaqişənin qızğın vaxtında Parisin İrəvana verdiyi dəstəyə toxunub?

Yadınızda olar, bundan sonra Belarusun İrəvandakı səfirliyinə yumurta və çürük tərəvəzlər atılmışdı.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə