Türkiyə ABŞ ilə Cənubi Kipr arasındakı yol xəritəsini qınayıb

Türkiyə Xarici İşlər Nazirliyindən mövzu ilə bağlı verilən yazılı açıqlamada bildirilir ...

Türkiyə Amerika Birləşmiş Ştatları ilə Cənubi Kipr arasında müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün yol xəritəsinin imzalanmasını qınayıb.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Türkiyə Xarici İşlər Nazirliyindən mövzu ilə bağlı verilən yazılı açıqlamada bildirilir: "ABŞ ilə Cənubi Kipr arasında müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün yol xəritəsi imzalanmasını pisləyirik.

Şimali Kipr Türk Respublikası (ŞKTR) Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunan, Qıbrız səlahiyyətliləri tərəfindən irəli sürülən əsaslı reaksiyanı tam dəstəkyirik.

ABŞ hakimiyyətinin Kipr türk tərəfinin təhlükəsizliyinə qarşı atdığı bu addımlar, o cümlədən 2023-cü ilin iyununda Cənubi Kipr Rum Administrasiyası ilə strateji dialoq elanı ABŞ-ın Kipr adasına qarşı neytral münasibətinə xələl gətirir və həll tapılmasını çətinləşdirir.

Kipr məsələsinə ədalətli, qalıcı və davamlı bir həll bu çərçivədə ana vətən və qarant dövlət olan Türkiyə Kipr türklərinin təhlükəsizliyini və rifahını təmin etmək üçün regional sabitliyə zərər verə biləcək bütün hallara qarşıdır”.

Qeyd edək ki, ABŞ və Cənubi Kipr aralarında beynəlxalq təhlükəsizlik narahatlıqlarına qarşı İkitərəfli Müdafiə Əməkdaşlıq Yol Xəritəsi müqaviləsi imzalandığını açıqlayıblar. ABŞ Müdafiə Nazirliyi – Pentaqondan verilən açıqlamaya görə, Avropa və Şərqi Aralıq dənizinin sabitlik və təhlükəsizliyi ABŞ və Cənubi Kipr üçün həyati əhəmiyyət daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə