"Biz axmaq deyilik. Bu teatr nə üçündür..?"

Zelenski Çin və Braziliyanın sülh planını rədd edib

...Ukrayna prezidenti Vladimir Zelenski Braziliya və Çinin “sülh planını” tənqid edərək, onu “dağıdıcı” adlandırıb.

SİA-nın əldə etdiyi məlumata görə, “Metropoles”ə müsahibəsində dövlət başçısı Kiyevlə razılaşdırılmayan təşəbbüsün daha çox Rusiyanın maraqlarına uyğun olduğuna işarə edib.

…Təəssüf ki, mən Braziliya-Çin təşəbbüsünün daha çox Rusiyayönümlü olduğuna inanıram. Braziliya prezidenti Lula ilə söhbət etdim və düşündüm ki, o, məni başa düşür.

Bunu Zelenski deyib.

Dövlət başçısı əlavə edib ki, o, təkcə “siyasi barışıq” deyil, Braziliya prezidenti tərəfindən baş verənləri başa düşmək istəyir.

…Sülh planı Ukraynaya və onun ərazi bütövlüyünə hörmət edilmədən təklif edilib, bu barədə Çin və Braziliya “çox danışır” deyən Zelenski qeyd edib: “Bizdən heç nə soruşmadan öz təşəbbüsünüzü necə təklif edə bilərsiniz? Rusiya isə işə qarışır və deyir: “Biz bu təşəbbüsü dəstəkləyirik”. Biz axmaq deyilik. Bu teatr nə üçündür?

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə