Sudan Səhiyyə Nazirliyi vəba epidemiyası nəticəsində həyatını itirənlərin sayının 242-yə yüksəldiyini bildirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Nazirlikdən verilən açıqlamada, 18 əyalətdən 8-də yayılan vəba epidemiyasına yoluxma sayının 6 min 968-ə çatdığı bildirilib. Açıqlamada epidemiyadan ölənlərin sayının 242-yə yüksəldiyi qeyd edilib.
Açıqlamada, ölkədə iyun ayından etibarən təsirli olan və vəba xəstəliyinin yayılmasına səbəb olan yağış və daşqınlar nəticəsində həyatını itirənlərin sayının 212-yə yüksəldiyi bildirilib. 11 əyalətdə yağış və daşqınlardan zərər çəkənlərin sayının 250 min 111-ə yüksəldiyi qeyd edilib. İyun ayından etibarən ölkədə təsirli olan yağışlar və daşqınlar vəba xəstəliyinin yayılmasına səbəb olub.
Sudan hakimiyyəti avqustun 12-də vəba xəstəliyini epidemiya elan edib. Müharibənin davam etdiyi, səhiyyə sisteminin effektiv işləmədiyi ölkədə epidemik xəstəliklərin yayılması insanların həyatını daha da çətinləşdirir. Sudanda iyul-oktyabr ayları arasında baş verən daşqınlar nəticəsində hər il 100-dən çox insan ölür, on minlərlə ev, iş yeri və kənd təsərrüfatı sahəsinə ziyan dəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB