Birləşmiş Millətlər Təşkilatının Fələstin Agentliyi Qəzzada başladılan poliomielit peyvəndi kampaniyasında təxminən 530 min uşağın peyvənd edildiyini açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Agentlik tərəfindən verilən açıqlamada bildirilib: “Bütün çətinliklərə baxmayaraq və səhiyyə işçilərimizin fədakar əməyi sayəsində Qəzzanın şimalında poliomielit peyvəndi kampaniyası davam edir. İndiyə qədər Qəzza zolağı boyunca təxminən 530 min uşaq peyvənd olunub və biz 10 yaşından kiçik bütün uşaqlara baxmaq üçün gecə-gündüz işləməyə davam edirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB