Nigeriyada 1 milyon insan şiddətli daşqınlardan zərər çəkib

Nigeriyada 1 milyon insan şiddətli daşqınlardan zərər çəkib

Nigeriyanın şimal-şərqindəki Maidquri şəhərində bir milyon insanın şiddətli daşqınlardan zərər çəkdiyi bildirilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Borno əyalətinin qubernatoru Babaqana Zulum, Maiduguriyi vuran son 30 ilin ən pis daşqınlarından sonra hökumət tərəfindən edilən ilkin qiymətləndirməyə görə, bir milyon insanın təsirləndiyini söyləyib.

Sel nəticəsində didərgin düşənləri ziyarət edən Zulum deyib: "Sel suları şəhərin üçdə birini əhatə etdi və bir milyondan çox insanı təsir etdi. Bu, çox dağıdıcı bir vəziyyətdir".

Axtarış-xilasetmə işlərinin davam etdiyini bildirən Zulum, 100 mindən çox insanın evlərindən didərgin düşdüyü məlumatını paylaşıb. Zulum bildirib ki, hökumət fövqəladə hallara cavab vermək üçün tibbi heyət yaratmağı planlaşdırır və hazırda daşqından zərər çəkən ailələrə ərzaq və maddi yardım edir.

Bütün xəbərlər Facebook səhifəmizdə