Vyetnamın şimalını təsir altına alan "Yagi" qasırğasının törətdiyi fəlakətlər və qəzalar nəticəsində həyatını itirənlərin sayı 197-yə yüksəlib, 128 nəfərin isə xəbəri yoxdur. SİA xarici KİV-ə istinadən xəbər verir ki, yerli mətbuatda yer alan məlumatlara görə, qasırğanın yaratdığı sel və torpaq sürüşmələri həyata mənfi təsir göstərir.
Qasırğanın səbəb olduğu daşqınlar, sürüşmələr və qəzalar nəticəsində indiyədək ölkənin şimalında 197 nəfər ölüb. Ölkədə 128 nəfərin hələ də itkin düşdüyü bildirilsə də, 800-dən çox insan yaralanıb.
Sentyabrın 3-də Filippinin şimal bölgələrini vuran "Yagi"nin səbəb olduğu güclü yağış, sel və torpaq sürüşmələri nəticəsində 20 nəfər həyatını itirib, 26 nəfər isə itkin düşüb. Sentyabrın 7-də Çinin Haynan əyalətini vuran qasırğa nəticəsində 4 nəfər ölüb, 95 nəfər xəsarət alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB