Amerikalı milyarder Bill Qeyts dünyaya iki mümkün fəlakət barədə xəbərdarlıq edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, "Microsoft"un qurucusu amerikalı milyarder Bill Qeyts "CNBC Make It"ə verdiyi son açıqlamada ən çox qorxduğu iki mümkün fəlakətdən danışıb.
"İndiki dünyada həddən artıq iğtişaşlar "böyük müharibəyə" səbəb ola bilər" deyən Qeyts əlavə edib: "Əgər biz böyük müharibədən qaçsaq, yəqin ki, növbəti 25 ildə daha bir pandemiya olacaq".
ABŞ-ı da tənqid edən Qeyts deyib: "Dünyanın liderlik etməsini və model olmasını gözlədiyi ölkə bu gözləntilərin gerisində qaldı".
Qeyts 2022-ci ildə "Növbəti Pandemiyanın qarşısını necə ala bilərik" adlı kitab yazmış və hökumətlərə 2020-ci ildə kifayət qədər hazırlıqlı olmadıqları barədə xəbərdarlıq etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB